Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə arasında mühüm razılaşma əldə olundu

© Photo : Rusiya xarici işlər nazirliyinin mətbuat xidmətiLavrov və Çavuşoğlu
Lavrov və Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov: "Türkiyəyə qarşı da daxil olmaqla ABŞ-ın tətbiq etdiyi sanksiyalar dünya ticarətində bütün prinsipləri pozur"

BAKI, 14 avqust — Sputnik. Rusiya və Türkiyə xarici siyasət sahəsində strateji tərəfdaşlığı genişləndirməyə dair razılığa gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz ölkələrimizin xarici siyasət sahəsində strateji tərəfdaşlığın genişləndirilməsinə dair razılığa gəldik. Hesab edirəm ki, biz qarşılıqlı əlaqələrin konkret aspektlərini müzakirə edəcəyik", — deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı da daxil olmaqla ABŞ-ın tətbiq etdiyi sanksiyalar dünya ticarətində bütün prinsipləri pozur: "Sanksiyalar barədə mən daha əvvəldə demişdim: Onlar qanunsuzdur, onlar beynəlxalq ticarətin bütün prinsiplərini pozur".

 

Xəbər lenti
0