Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Görün Putin onun sözünü kəsən aparıcıya nə etdi

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidПрезидент РФ В. Путин встретился в Сочи с главой Сирии Б. Асадом
Президент РФ В. Путин встретился в Сочи с главой Сирии Б. Асадом - Sputnik Azərbaycan
Abunə olmaq
"Seien Sie so nett, lassen Sie mich etwas sagen (Zəhmət olmasa, icazə verin, danışım)"

BAKI, 5 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin Avstriyanın ORF telekanalına müsahibə zamanı aparıcının davamlı olaraq onun sözünü kəsməsinə alman dilində danışmaqla müdaxilə edib. Sputnik Türkiyə xəbər verir ki, ilk müdaxilə 2014-cü ildə Ukraynanın şərqində vurulan "MH17" nömrəli reyslə bağlı sual cavablandırılarkən baş verib. Buna cavab olaraq Putin "Əgər səbirli olsanız və məni sonuna qədər dinləsiniz, bu məsələdə fikrimi öyrənə bilərsiniz" deyib.

Putin 2014-cü ildə Krımda rus əsgərinin olması ilə bağlı suala cavab verərkən edilən müdaxiləyə isə belə cavab verib: "Bir saniyə, izn verin, danışım. Əks halda, bu reportaj deyil, sizin tərəfinizdən bir monoloq olacaq".

Aparıcı daha sonra Putinin Aleksey Navalnı haqqında bir suala cavab verərkən onun adını çəkməməsinə diqqət çəkərək cavaba müdaxilə edib. Bu zaman Putin "Cümləmi tamamlamağa imkan vermirsiniz. Çox səbirsiziniz", — deyə reaksiya verib.

Rusiya lideri aparıcının növbəti müdaxilə cəhdinə alman dilində reaksiya verməyə məcbur olub: "Seien Sie so nett, lassen Sie mich etwas sagen (Zəhmət olmasa, icazə verin, danışım)".

Xəbər lenti
0