10:34 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Постпред России при ОБСЕ Александр Лукашевич во время брифинга в Москве

Rusiya rəsmisi ATƏT-i yaranan vəziyyətə müdaxilə etməyə çağırıb

© Sputnik / Kirill Kallinnikov
RUSİYA
Qısa URL
58 0 0

Lukaşeviç ATƏT-i RİA Novosti"-nin Ukrayna bürosu ilə bağlı yaranan vəziyyət müdaxilə etməyə çağırıb

BAKI, 15 may — Sputnik. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç Ukrayna Təhlükəsizlik Xidmətinin "RİA Novosti"-nin Ukrayna bürosuna qarşı əməllərini qınayıb və bəyan edib ki, ATƏT-in KİV-in azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezirin (Harlem Desir) sərt reaksiyasını gözləyir. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları bu gün səhər saatlarında "RİA Novosti"-nin Kiyev ofisinə basqın edərək jurnalistlərin ətraf aləmlə əlaqə saxlamasına imkan verməyiblər. Daha sonra Kiyevdə jurnalist Kirill Vışinskinin saxlandığı məlum olub.

"Bu gün səhər saatlarında "RİA Novosti"-nin Kiyev ofisinə basqın edən UTX-ın hərəkətini, həmçinin agentliyin rəhbəri Kirill Vışinskinin saxlanılmasını sərt şəkildə qınayırıq. Rusiya KİV-nin Ukraynada təqib olunmasının dərhal dayandırılmasını tələb edirik. ATƏT-in KİV-in azadlığı məsələləri üzrə nümayəndəsinin sərt reaksiyasını gözləyirik", — deyə daimi nümayəndəliyin "Twitter" səhifəsində yayımlanan Lukaşeviçin bəyanatında bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.

Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.

Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.

Əsas mövzular