01:14 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
46 0 0

Dmitri Fetisov: "Dövlət başçıları sıravi avropalıların Putinə simpatiyasını nəzərə almalıdırlar"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. "ABŞ-ın Avropadakı siyasətindən narazı olan avropalılar təbii olaraq alternativ tapmağa meyllənirlər ki, bu da prezident Vladimir Putinin rəhbərliyi altındakı Rusiyadır". Bunu Sputnik Azərbaycan-a siyasi məsləhətçi, "NPR Group konsaltinq" agentliyinin direktoru Dmitri Fetisov Sputnik.Rəy-in keçirdiyi sorğunun nəticələrini şərh edərkən deyib.

Həmin sorğunun nəticələrinə görə, almanların və fransızların üçdə birindən çoxu (34%), italyanların 38%-i, eləcə də britaniyalıların 26, amerikalılarınsa 23%-i hesab edir ki, hazırda dünyada ən güclü lider Rusiya prezidenti Vladimir Putindir. Fetisovun sözlərinə görə, Avropada getdikcə ağırlaşan sosial-iqtisadi problemlərin fonunda avropalılar ABŞ-ın Avropaya son onilliklərdə tətbiq etdiyi inkişaf vektorundan çıxmağı arzulayırlar.

"ABŞ-ın Avropa siyasətindən narazı olan avropalılar təbii olaraq alterntiv tapmağa meyllənirlər. Avropalılar üçün belə alternativ, sadə avropalıların diqqət və simpatiyasının getdikcə artdığı Vladimir Putinin rəhbərliyi altındakı Rusiyadır. Avropalıların terrorçuluqla əlaqədar problemlərin aradan qaldırılmasına dair tələblərinin artması da burada əhəmiyyətli rol oynayır. Putinin antiterror siyasəti bu tələblərə cavab verir", — ekspert bildirib.

Putinin inauqurasiyasından sonra Amerika və Rusiyanın münasibətlərinin necə olacağına gəlincə, Sputnik-in həmsöhbəti qeyd edib ki, bu amil iki ölkənin münasibətlərində heç bir dəyişikliyə səbəb olmayacaq. Onun fikrincə, ABŞ üçün Rusiya prezidentinin andiçməsi gözlənilən formallıqdan başqa bir şey deyil.

"Amma inauqurasiyadan sonra hökumətdə və Rusiyanın ali idarəetmə orqanlarında dəyişiklik baş verərsə, istənilən halda rus-amerikan münasibətlərinin inkişafına təsir göstərəcək" — deyən politoloqun fikrincə, gözlənilən dəyişikliklər yeni təyinatlarla bağlı olacaq.

"Bunun isə rus-amerikan münasibətlərinə konkret necə təsir göstərəcəyini indidən proqnozlaşdırmaq çətindir", — o vurğulayıb.

"Avropa niyə həm Putini ən güclü lider seçir, həm də Rusiyaya sanksiyalar tətbiq edir?" sualına cavabında isə Fetisov deyib ki, Qərb liderlərinin anti-Rusiya sanksiyalarına dəstəyi yaxın illərdə əhəmiyyətli dərəcədə zəifləyə bilər.

Onun fikrincə, birincisi, Avropa görür ki, sanksiyalar ciddi effekt vermir: "İkincisi, sadə avropalılar arasında Putinə olan simpatiyanın artması Avropa ölkələrinin liderlərini məcbur edir ki, öz seçicilərini itirməmək üçün Rusiyaya qarşı sanksiyalar siyasətini yumşaltsınlar".

Əlaqədar

Dünyanın gözü Rusiyada: Vladimir Putin and içəcək
Putinin andiçmə mərasimi ssenarisi açıqlandı
Putin dünya çempionatının açılışına qatılacaq
Rusiyada nəhəng hərbi hazırlıq: Putin Qərbə "gözdağı" verməyə hazırlaşır
Putindən Qərbi narahat edəcək qərar
Putinin xüsusi nümayəndəsi İlham Əliyevə məktub göndərdi
Teqlər:
avropalılar, sanksiya, lider, sorğu, Vladimir Putin, Avropa, ABŞ, prezident

Əsas mövzular