04:22 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Kosmosdan görüntü

Rusiyaya qarşı yeni müharibə siqnalı: Yenə ilk həmlə ingilislərdən

© Photo : NASA via AP
RUSİYA
Qısa URL
316 0 0

Böyük Britaniya Rusiya ilə kiber müharibəyə hazırlaşır

BAKI, 17 aprel — Sputnik. ABŞ və Böyük Britaniya hökumətləri Rusiyanın kiber hücum hazırlığında olduğunu, Birləşmiş Ştatlar və Britaniyanın dövlət qurumlarına və hətta evlərə qədər bir çox kritik nöqtələrə hücum təşkil edəcəyini açıqlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bundan başqa, rus hakerlərin dünya üzrə milyonlarla kompüteri çökdürməyi planlaşdırdığı iddia edilib. Həmçinin onların təhlükəsizlik divarlarını aşaraq sistemləri müdafiəsiz qoymağı planlaşdırdığı bildirilib.

İddiaya görə, rus hakerlər sadəcə sistemləri dağıtmaq üçün hücum etməyəcək: "Onlar yalnız şəxsi məlumatları ələ keçirməyi planlaşdırmır. Eyni zamanda yaxın gələcəkdə edəcəkləri hücumlar üçün içərisinə sızdıqları kompüterlərdən də istifadə etməyi nəzərdə tuturlar".

Bunları nəzərə alan rəsmi London Moskva ilə kiber müharibəyə hazırlaşır. Tereza Mey hökuməti Rusiyadakı kompüter şəbəkələrinə hücum etmək üçün 1.9 milyard funt-sterlinq vəsait ayıracaq.

"The Sunday Times" qəzetinin Britaniya kəşfiyyat qurumlarındakı mənbələrə istinadən yaydığı xəbərinə görə, Britaniya rəhbərliyi ölkədə strateji əhəmiyyətə malik infrastruktur obyektlərə, xüsusən də səhiyyə müəssisələrinə Rusiya tərəfindən kiber hücum ediləcəyini gözləyir.

Bildirilir ki, Britaniya kəşfiyyatı Rusiyadan gələcək hücumların ölkədə hökumət üzvlərinin, parlamentarilərin və digər yüksək səviyyəli rəsmilərin etibarını zədələyəcək məlumatları internetə sızdıra biləcəyindən şübhələnir. Britaniya kəşfiyyatının bu barədə baş nazir Tereza Meyə məlumat verdiyi qeyd edilib.

Əlaqədar

Rusiya 50 britaniyalı diplomatı ölkədən qovur
Politoloq Rusiya-Böyük Britaniya gərginliyinin təhlükələrini açıqladı
Rusiya Böyük Britaniyaya qarşı cavab addımları atır
Rusiya Böyük Britaniyadan kömək istəyib
Teqlər:
kiber hücum, Rusiya, Böyük Britaniya, ABŞ, kompüter, hökumət

Əsas mövzular