23:09 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ərdoğan və Putin

Rusiya və Türkiyədən mühüm qarşılıqlı jestlər

© Sputnik / Sergey Guneyev
RUSİYA
Qısa URL
243 0 0

Rəcəb Tayyib Ərdoğan: "Baş tutmayan təxribat cəhdləri münasibətlərimizi daha da gücləndirdi"

BAKI, 4 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin dünən Ankarada ölkələrarası münasibətləri müzakirə ediblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə ölkələr arasında vizasız gediş-gəliş məsələsi xüsusi müzakirə olunub.

Putin və Ərdoğan
© REUTERS / Alexander Zemlianichenko / Pool

Təkbətək görüşdən sonra liderlər jurnalistlərin suallarını cavablandırıblar. Ərdoğan bildirib ki, seçkilərdə yenidən qələbə qazandıqdan sonra Putinin ilk rəsmi səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı münasibətlərin səviyyəsinin göstəricisidir.

"Rusiya ilə qarşılıqlı ticarətimizin həcmi ötən ilə nisbətən 32 faiz artıb və 22 milyard dolları keçib. İki ölkə arasında bu rəqəmin 100 milyard dolları aşmasını planlaşdırırq", — Ərdoğan bildirib.

"Akkuyu Atom Elektrik Stansiyasının ilk mərhələsini 2023–cü ilə qədər tamamlamaq istəyirik. Müəyyən edilmiş rəqəm 20 milyard dollar məbləğindədir, ancaq bu rəqəm daha çox ola bilər" — Türkiyə lideri əlavə edib.

Daha sonra dövlət başçısı bildirib ki, 2017-ci ildə Türkiyəyə gələn rus turistlərin sayı 4,7 milyon nəfərə çatıb: "Cari il bu rəqəmin 6 milyona çatması gözlənilir. Vizasız səyahət rejiminə keçmək də arzumuzdur".

Türkiyə rəhbəri rusiyalı həmkarı ilə Suriya probleminə də toxunduqlarını da diqqətə çatdırıb: "Zeytun budağı" əməliyyatını müzakirə etdik. Suriyanın gələcəyinin terror təşkilatlarına buraxılmaması üçün ortaq mənfəətlərimizə söykənərək əməkdaşlığımızı davam etdirəcəyik".

"Son zamanlar bəzi məsələlərdə qarşı-qarşıya qaldıq. Türkiyə-Rusiya əməkdaşlığına xələlə gətirmə cəhdlərinə şahid olduq. Lakin baş tutmayan təxribat cəhdləri münasibətlərimizi daha da gücləndirdi" — deyə Ərdoğan vurğulayıb.

Rusiya lideri də müzakirə ilə bağlı öz fikirlərini bildirib. Putin qeyd edib ki, Rusiya Türkiyənin ticarət tərəfdaşları sırasında Almaniya və Çindən sonra 3-cü yerdədir: "Türkiyə isə Rusiyanın ticarət ortaqları arasında 7-ci yerdədir. Biz qarşılıqlı ticarət dövriyyəmizi daha da gücləndirmək niyyətindəyik".

Əlaqədar

Putin prezident seçiləndən sonra ilk səfərini bu ölkəyə etdi
Rusiya ilə Türkiyə arasında tarixi hadisə
Politoloq: “Rusiya ilə əməkdaşlıq Türkiyənin maraqlarına uyğundur”
Türkiyədən Rusiya ilə bağlı sensasiyalı açıqlama
ABŞ Türkiyəyə "anti-Rusiya" planı təklif edəcək
Teqlər:
münasibət, Vladimir Putin, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, əməkdaşlıq, prezident

Əsas mövzular