04:17 19 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Mənzil

Cəmi iyirmi kvadrat metrlik ev 3.5 milyona satılır

© Sputnik / Pavel Lisitsyn
RUSİYA
Qısa URL
14201

25 kvadrat metrədək kiçik küçə mənzillərinin əksəriyyəti Moskvanın şimal və cənub-şərqində yeni tikililərdə tikilir

BAKI, 28 mart — Sputnik. Moskvada ən kiçik mənzil 3.5 milyon rubla (62 min dollar) satılır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Borovskoy yolu ərazisində yerləşən mənzilin sahəsi 18.9 kv metrdir.

Ümumiyyətlə Moskvada biznes-klas tipli ən kiçik mənzil 22.3 kvadrat metrdir və o 6.2 milyon rubla satılır. Elit mənzillərin ən kiçiyi 32.5 kvadrat metrdir və o 8.7 milyon rubla satılır.

25 kvadrat metrədək kiçik mənzillərinin əksəriyyəti Moskvanın şimal və cənub-şərqində yeni tikililərdə olur: bu mənzillərin sahələri Moskvanın yeni binalarındakı mənzillərin təxminən 50%-ni təşkil edir.

Əsas mövzular