08:14 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Berlində Reyxstaq binası, arxiv şəkli

Avropalılar ABŞ-ın yeni sanksiyalarını qəbuledilməz sayırlar

© REUTERS / Hannibal Hanschke
RUSİYA
Qısa URL
34 0 0

Sorğuda 18 yaşdan yuxarı 3228 respondent iştirak edib

BAKI, 25 yanvar — Sputnik. Fransızların 65%, almanların 61%-i Rusiyanın qaz layihələrində iştirak edən Avropa şirkətləri əleyhinə ABŞ-ın sanksiyalarını qəbulolunmaz hesab edir. Eyni fikri Britaniya vətəndaşlarının demək olar ki, yarısı (47%) və Polşa vətəndaşları (37%) da bölüşür.

Sorğu Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu üçün "Ifop" şirkəti tərəfindən keçirilib.

Əks nəzər nöqtəsini Fransada respondentlərin 14%-i, Almaniyada 20%-i, Böyük Britaniyada isə 21%-i bölüşüb. Həmçinin polşalıların 39%-i ABŞ-ın sanksiyalarını qəbuledilən hesab edir, hətta bu, Avropa şirkətlərinə yönəlmiş olsa belə.

Fransa və Almaniyada sanksiya əleyhdarlarının əksəriyyəti kişilərdir. Bununla yanaşı, sorğunun keçirildiyi bütün ölkələrdə ali təhsilli respondentlər məhdudiyyətlərə qarşı çıxıblar. Fransada sağçılar, Polşada solçular, Britaniyada isə liberal demokratların tərəfdarları Amerikanın sanksiyalarını qəbulolunmaz hesab ediblər.

Sorğu 20-27 sentyabr aralığında ictimai rəyi öyrənməklə məşğul olan Fransa şirkəti "Ifop" tərəfindən keçirilib. Sorğuda 18 yaşdan yuxarı 3228 respondent iştirak edib. Sorğuda əhalinin cinsi, yaşı və coğrafiya nəzərə alınıb. Bütün ölkə üzrə maksimal səhv 3,1% ola bilər, 95% isə etibarlıdır.

ABŞ Rusiya ilə birgə qaz layihələrində iştirak edən Avropa şirkətlərinə sanksiya tətbiq etməlidirmi
© Sputnik
ABŞ Rusiya ilə birgə qaz layihələrində iştirak edən Avropa şirkətlərinə sanksiya tətbiq etməlidirmi

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə Azərbaycan və rus dillərində fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir.

Agentliyin internet portalı aparıcı milli KİV-lər arasında TOP-10-luğa daxildir.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir.

Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir.

Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

* Liveinternet-in 24 yanvar 2018-ci il tarixinə olan məlumatlarına əsasən

Əlaqədar

Hacızadə: “İrana sanksiyaların tətbiq edilməsi Avropanın maraqlarına ziddir”
Sadıxov: “Sanksiyalar ilk növbədə işğalçı ölkələrə tətbiq edilməlidir”
Sadıxov: “ABŞ-ın sanksiya siyasəti ölkələrin strateji kursunu dəyişməyəcək”
Ekspert: “İrana sanksiyaların tətbiqi bölgəyə təsirsiz ötüşməyəcək”
Ekspert: “Sərt sanksiyalar Rusiyaya əhəmiyyətli təsir göstərməyəcək”
Teqlər:
Ifop, alman, sanksiya, Rusiya, Avropa, ABŞ, şirkət, fransız

Əsas mövzular