18:37 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
55 0 0

İlham Əliyev sovet və Rusiya estradasının ulduzu, tanınmış musiqi və ictimai xadim İosif Kobzonu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edib

BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev sovet və Rusiya estradasının ulduzu, tanınmış musiqi və ictimai xadim İosif Kobzonu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edib.

Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, İlham Əliyev müvafiq sərəncamı bu gün imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin".

Teqlər:
fəxri diplom, prezident, İosif Kobzon, İlham Əliyev, Azərbaycan, Rusiya

Əsas mövzular