06:14 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
66 0 0

Mariya Zaxarova deyib ki, əgər Koreya gərginliyi müharibə ilə nəticələnsə, bu nəinki bölgə dövlətləri, bütün dünya üçün fəlakət olacaq

BAKI, 14 avgust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova, Birləşmiş Ştatları, özünü Şimali Koreya kimi davranmaqda təqsirləndirib. Sputnik Azərbaycan xəbər verir ki, sözçü bu halın BMT TŞ-də bir ilk olduğunu bildirib.

"Vaşinqton və Pxenyanın qarşılıqlı açıqlamalarına baxın. Az qala eyni cümlələr işlədilir. BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkə üçün bu bir ilkdir. Təəssüf ki, Amerika Şimali Koreyanın səviyyəsinə enib" — Zaxarova deyib.

Sözçü həmçinin əlavə edib ki, əgər Koreya gərginliyi müharibə ilə nəticələnsə, bu nəinki bölgə dövlətləri, bütün dünya üçün fəlakət olacaq.

Əsas mövzular