Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Trampın Putinlə bağlı niyyəti bəlli oldu

Билборд с изображениями президентов США и РФ Дональда Трампа и Владимира Путина, фото из архива
Билборд с изображениями президентов США и РФ Дональда Трампа и Владимира Путина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Reks Tillerson: "Siyasi prosesin normallaşmasında Rusiyanın üzərinə ciddi məsuliyyət düşür"

BAKI, 6 iyul — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp sabah Almaniyada keçiriləcək "Böyük İyirmilik" sammiti zamanı rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədir. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik zonalarına dair əməkdaşlıq hər iki ölkənin Suriyada irəliləyişə nail olmağa qadir olduğunu təsdiqləyir: "Suriyada siyasi prosesin normallaşmasında Rusiyanın üzərinə ciddi məsuliyyət düşür. Vaşinqton Moskva ilə birlikdə təhlükəsiz zonaların yaradılması məsələlərini nəzərdən keçirməyə hazırdır".

Xəbər lenti
0