11:21 30 May 2017
Canlı yayım
Moskvada Rusiya Ali Məhkəməsinin binası, arxiv şəkli

Baybakov fondu Rusiya Ali Məhkəməsinə müraciət edib

© Sputnik / Aleksey Kudenko
RUSİYA
Qısa URL
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi (9)
26 0 0

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir

BAKI, 19 may — Sputnik. Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Rusiya Federasiya (RF) Ali Məhkəməsinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Diasporla iş üzrə Dövlət komitəsindən məlumat verilib.

Müraciətdə bu ilin aprelində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, həmçinin, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulayıblar.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur.

“Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə  Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki,  Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının — ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.

Mövzu:
Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi (9)

Əsas mövzular