03:15 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Vladimir Kolokolsev Polad Bülbüloğlunu qəbul edib

Polad Bülbüloğlu Rusiya DİN rəhbəri ilə miqrasiya məsələlərini müzakirə edib

© Photo : мвд.рф
RUSİYA
Qısa URL
6801

Vladimir Kolokolsev: "Miqrantlar son zamanlar beynəlxalq cinayətkar şəbəkələr tərəfindən qeyri-qanuni fəaliyyət üçün istifadə olunurlar"

BAKI, 1 fev — Sputnik. Rusiya daxili işlər naziri, polis generalı Vladimir Kolokolsev Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb. Sputnik Azərbaycan bu barədə Rusiya DİN-in saytına istinadən məlumat verir.

Görüş zamanı Kolokolsev iki ölkə arasında münasibətlərin son zamanlar intensivləşdiyini vurğulayıb: "Münasibətlərin intensivləşməsinin əsas səbəblərindən biri 2016-cı ilin avqustunda Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşü və imzalanmış bəyannamədir. Danışıqlar zamanı qarşılıqlı əlaqələrin perspektiv istiqamətləri müəyyən olunub. Bu istiqamətlərdən biri miqrasiya siyasəti məsələləridir".

Nazirin sözlərinə görə, miqrantlar son zamanlar beynəlxalq cinayətkar şəbəkələr tərəfindən qeyri-qanuni fəaliyyət üçün istifadə olunurlar.

Kolokolsev qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları MDB ölkələri Miqrasiya orqanları rəhbərlərinin şurası və MDB ölkələrinin qeyri-qanuni miqrasiya ilə mübarizəyə dair Sazişin iştirakçılarının Birgə komissiyası çərçivəsində fəal birgə fəaliyyət həyata keçirirlər. 

Hazırda Azərbaycan vətəndaşları Rusiyaya daxil olan ölkələr arasında sabit olaraq 5-6-cı yerləri tutur. Bununla bağlı rusiyalı nazir iki ölkənin daxili işlər nazirlikləri xətti ilə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Əsas mövzular