18:05 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Президент России Владимир Путин, фото из архива

Ərdoğan Putinə zəng edib

© Sputnik / Aleksey Druzhinin
RUSİYA
Qısa URL
58 0 0

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

BAKI, 25 noy-Sputnik. Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Sputnik Kremlin rəsmi saytına istinadla xəbər verir ki, telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub. Putinlə Ərdoğan siyasi, iqtisadi-ticarət sahəsində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. 

Prezidentlər arasında Suriya böhranının tənzimlənməsi, terrorizmə qarşı mübarizə üzrə birgə fəaliyyət barədə də fikir mübadiləsi olub. Tərəflər Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Hazırda Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı çərçivəsində dəstək verdiyi müxalif Azad Suriya Ordusu əl-Bab şəhərinin azad edilməsi üçün döyüşlər aparır. Dünən gecə Suriya ordusuna məxsus hərbi təyyarə əl-Bab ətrafında yerləşən Türkiyə xüsusi təyinatlılarının qərargahını bombalayıb. Nəticədə Türkiyə ordusunun 3 əsgəri şəhid olub, 7 əsgər yaralanıb.

Ekspertlərin fikrincə, Rusiya və Türkiyə prezidentlərinin telefon danışığında həm bu məsələ, həm də Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbulu ilə bağlı müzakirələri dayandırması barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar

Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu
Ərdoğanla Putin arasında görüş keçirilib
"Ərdoğan və Putin Qarabağla bağlı eyni cümləni işlədəcəklər"
Mixail Qorbaçov Putin və Ərdoğanın görüşündən danışdı
Teqlər:
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kreml, Suriya, Rusiya

Əsas mövzular