17:22 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Rusiya və türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü. 9 avqust 2016-cı il

Rusiyadan vacib Türkiyə açıqlaması

© AP Photo / Alexander Zemlianichenko
RUSİYA
Qısa URL
6701

Mariya Zaxarova: Suriya məsələsində Türkiyə tərəfi ilə ətraflı işləməyə başlamışıq.

BAKI, 18 avq — Sputnik. "Rusiya Suriya məsələsi ilə əlaqədar bütün detalları Türkiyə tərəfi ilə müzakirə edir".

Sputnik-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.

"Suriya məsələsində Türkiyə tərəfi ilə ətraflı işləməyə başlamışıq. Görülən işləri konstruktiv, müsbətə doğru atılmış addımlar kimi dəyərləndiririk", — deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında mövcud olan fərqli baxışlar bir gündə həll edilə bilməz.

"Amma baxışlar arasındakı fərqlərin aradan qaldırılması üzərində işlər görülür və biz bunu konstruktiv qiymətləndiririk. Bu işlər müxtəlif səviyyələrdə, formatlarda davam etdiriləcək", — deyə XİN-in sözçüsü vurğulayıb.

Əlaqədar

Türkiyə İncirlik aviabazasını rusların ixtiyarına verərsə...
Türkiyə Baş nazirindən mühüm açıqlama
"Türkiyə Suriya məsələsində öz siyasətinə korrektələr edəcək"
Türkiyə İncirliyi Rusiyaya verə bilər
Teqlər:
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Mariya Zaxarova, Türkiyə, Suriya, Rusiya

Əsas mövzular