19:02 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
13801

Liderlərin 4-5 sentyabr tarixlərində Çində görüşməsi planlaşdırılır

BAKI, 29 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin 4-5 sentyabr tarixlərində Çində, orada keçiriləcək G20 sammitindən əvvəl görüşməsi planlaşdırılır. Sputnik xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Ərdoğanın Putinlə telefon danışığının detalları da bəlli olub. Səlahiyyətlilərdən alınan məlumata görə, Ərdoğan-Putin görüşü çox müsbət ab-havada keçib.

İki liderin görüşündə Putinin "Mövcud vəziyyət iki ölkənin də faydasına deyil, yeni bir səhifə açaq" və "Təkrar görüşməkdən böyük məmnunluq duyuram" mesajları ön plana çıxıb.

Ərdoğan da Putinə "İkili və regional mövzularda əhəmiyyətli addımlar atacağıq. Rusiya ilə işbirliyimizi daha da inkişaf etdirəcəyik" mesajını verib.

İki liderin 4-5 sentyabr tarixlərində Çində keçiriləcək G20 sammitindən əvvəl görüşməsi planlanarkən, zirvədə isə daha bir görüşün keçirilməsi nəzərdə tutulur.

Əlaqədar

İsrail hökuməti Türkiyə ilə razılaşmanı təsdiqlədi
Rusiya və Türkiyə prezidentləri görüşəcəklər
"Türkiyə Rusiyaya Belarus və Ermənistandan daha yaxın olacaq"
Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu
Teqlər:
Çin, görüş, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Rusiya, Türkiyə

Əsas mövzular