17:39 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2401

Vladimir Putinlə Nursultan Nazarbayev telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

BAKI, 6 aprel-Sputnik. Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putinlə Nursultan Nazarbayev telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.
Sputnik Kremlin-ə istinadla xəbər verir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi yollarının axtarılması barədə fikir mübadiləsi aparıblar. Putin Dağlıq Qarabağda vəziyyətin normallaşdırılmasına kömək məqsədi ilə Rusiya tərəfinin vasitəçilik addımları barədə qazaxıstanlı həmkarına məlumat verib.

Prezidentlər eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Hər iki tərəf xüsusilə də ticarət və iqtisadi sahədə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Qazaxıstanın Avrasiya İqtisadi Forumuna sədrliyi kontekstində qarşıda duran tədbirlərin, xüsusilə də Avrasiya Ali İqtisadi Şurasının iclasının qrafikinə baxılıb.

Əlaqədar

Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub
Vladimir Putin Qarabağda atəşi dayandırmağa çağırıb
Teqlər:
Avrasiya İqtisadi Forumu, Dağlıq Qarabağ, Nursultan Nazarbayev, Vladimir Putin, Rusiya prezidenti Vladimir Putin

Əsas mövzular