05:16 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234

Ermənistan sərhəddəki təxribatları niyə törədir? – politoloq səbəbləri açıqlayır

RADİO
Qısa URL
58 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, erməni tərəfi dünya ictimaiyyətinin diqqətini yayındırmağa və mövcud situasiyanı gərgin olaraq saxlamağa çalışır

Fikrət Sadıxov: “Delimitasiya məsələləri onları çox narahat edir”

“Ermənistan tərəfinin sərhəddəki təxribatları bir məqsəd daşıyır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, erməni tərəfi sərhədlərin delimitasiya məsələsindən boyun qaçırmaq və sülh sazişini imzalamamaq üçün bu təxribatlara əl atır: “Delimitasiya məsələləri onları çox narahat edir. Onlar başa düşür ki, Ermənistana məxsus olduğu iddia edilən torpaqlar tarixi Azərbaycan əraziləridir və bunlar bütün keçmiş xəritələrdə əks olunub. Erməni tərəfi çalışır ki, dünya ictimaiyyətinin diqqətini yayındırsın və mövcud situasiyanı gərgin olaraq saxlasın, amma bu alınmayacaq. Azərbaycan güclü atəşlə Ermənistana cavab verir”.

Qeyd edək ki, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.

Fikrət Sadıxovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular