17:04 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Politoloq: “Münaqişəni həll etməklə regiondakı geosiyasi mənzərəni dəyişdik”

RADİO
Qısa URL
29 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycan otuz ilə yaxın müddət ərzində işğal altında qalmış topraqlarını azad etməklə ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu göstərdi

Fikrət Sadıxov: “Bu, ilin ən rezonanslı hadisələrindən biri idi”

“2020-ci il ərzində baş verənlər insanlara mənfi təsir etməyə bilməzdi. Lakin ilin son aylarında baş verənlər bizi ruhlandırdı”. Bunu Sputnik Azərbaycan-a 2020-ci ilin siyasi yekunları haqqında danışarkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan otuz ilə yaxın müddət ərzində işğal altında qalmış topraqlarını azad etməklə ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu göstərdi:

“Bu, ilin ən rezonanslı hadisələrindən biri idi. İlin ən önəmli hadisələri sırasında ABŞ-da keçirilmiş prezident seçkilərini qeyd etmək lazımdır. Bu seçkilər qarşıdurma şəraitində keçdi və əvvəlki seçkilərə bənzəmirdi. Eyni zamanda bu il Böyük Britaniyanın Avropa Birliyini tərk etmə prosesi başa çatdı. Bu da AB-nin iqtisadi, siyasi gücünə təsirini göstərdi. Bir daha bildirmək istəyirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsini həll etməklə biz regiondakı geosiyasi mənzərəni dəyişdik”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular