19:50 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Yazıçı: “Ordumuz haqlı əks-hücum əməliyyatını davam etdirəcək”

RADİO
Qısa URL
70 0 0

Yazıçı Elçin Hüseynbəyli deyir ki, istəməzdim, bizim gənclərimiz ağrı, əzab çəksinlər, amma bu, şərəf işidir

Elçin Hüseynbəyli: “Bu bizim haqq işimizdir və ədalət istəyirik”

“Artıq 30 ilə yaxındır ki, bu günləri gözləyirdik. Mənim doğma yurdum ordumuz tərəfindən azad edilib”. Bunu Sputnik Azərbaycan-a əməkdar incəsənət xadimi, əslən Cəbrayıldan olan yazıçı Elçin Hüseynbəyli deyib.

O, ordumuzun bütün işğal edilmiş torpaqları tezliklə azad edəcəyinə inandığını bildirib: “Bu bizim haqq işimizdir və ədalət istəyirik. Bir tərəfdən də kədərlənirəm. İstəməzdim, bizim gənclərimiz ağrı, əzab çəksinlər, amma bu, şərəf işidir. Cavanlarımız çox böyük ruh yüksəkliyi ilə bu döyüşlərə qatılırlar. Onlar sanki harasa bayrama gedirlər. Bunun özü də qürurvericidir. İnanırıq ki, ordumuz haqlı əks-hücum əməliyyatını davam etdirəcək”.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks-hücum əməliyyatına başlayıb.

Elçin Hüseynbəyli geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ, yazıçı

Əsas mövzular