07:05 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “ATƏT-in Minsk qrupunun edə biləcəyi bir şey yoxdur”

RADİO
Qısa URL
45 0 0

Politoloq Ramiyə Məmmədova deyir ki, Azərbaycan real vəziyyəti görüb hərbi əməliyyatlara başlamağa məcbur olub

Ramiyə Məmmədova: “Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”

“ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi göz önündədir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloq qeyd edir ki, Azərbaycan real vəziyyəti görüb bu müharibəyə başlayıb: “Ona görə də öz hərbi gücü ilə torpaqlarını azad etməyə çalışır. Hazırkı vəziyyətdə ATƏT-in Minsk qrupunun edə biləcəyi bir şey yoxdur. Minsk qrupu çoxdan dağılmalı idi. Azərbaycan danışıqlardan yorulub və artıq sülh masasında oturmaq niyyətində deyil. Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Ramiyə Məmmədovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular