04:14 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Vergi Məcəlləsinə edilən dəyişikliklərdən kim qazanacaq – ekspert şərh edir

RADİO
Qısa URL
12530

İqtisadçı ekspert Mahmud Abbasquliyev deyir ki, aksiz vergisi tətbiq olunan idxal məhsullarına vergilərin artırılması daxili bazarın stimullaşdırılmasına yönəlib

“Yeni düzəlişlər nəticəsində sənədlərin rəsmiləşdirilməsi və yoxlamaların onlayn kargüzarlıqla aparılması istiqamətindədir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə iqtisadçı ekspert Mahmud Abbasquliyev deyib.

Ekspert bildirib ki, Vergilər Nazirliyi bu dəyişikliklər vasitəsilə yoxlamaları minimuma endirməyə və sahibkarlarla vergi müfəttişləri daha az ünsiyyətin qurulmasına çalışır: "Bu istiqamətdə işlər görülür və yaxın zamanda nəticəsinin olacağına inanırıq. O cümlədən, Azərbaycan dövləti qeyri-neft sektorunun inkişafı istiqamətində müxtəlif addımlar atır. Aksiz vergisi tətbiq olunan idxal məhsullarına vergilərin artırılması daxili bazarın stimullaşdırılmasına yönəlib. Vergilər Nazirliyi bunun üçün sahibkarlara müəyyən güzəştlərin edilməsini nəzərdə tutub”.

Qeyd edək ki, Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edib. Ümumilikdə Məcəllədə 162 dəyişiklik edilib, onların da 73-ü yeni tədbirlər və anlayışlarla bağlıdır, 89-u isə düzəliş xarakterlidir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular