08:44 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Politoloq İlham Əliyevlə Nikol Paşinyanın görüşünü şərh edir

RADİO
Qısa URL
150 0 0

İlqar Vəlizadə deyir ki, görüş vaxtının uzun olması da ortada yenilənmiş gündəliyin olduğuna işarədir

Davos Dünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. İlham Əliyevlə Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıblar.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu görüş Ermənistan tərəfinin münaqişənin tənzimlənməsində tam məsuliyyətli şəkildə iştirak edə biləcəyini göstərir:

“Münaqişənin nizamlanması prosesi ilə bağlı müəyyən nikbin fikirlər səslənir. Görüş tərəflərin konkret məsələləri müzakirə etməyə hazır olduğunu göstərir. Həmçinin görüş vaxtının uzun olması da ortada yenilənmiş gündəliyin olduğuna işarədir. Bu görüş həm də xarici işlər nazirlərinin fevralda nəzərdə tutulmuş görüşünün gündəliyinin dəqiqləşdirilməsi baxımından əhəmiyyətli idi. Danışıqlar prosesinin hansı istiqamətdə davam edəcəyini zaman göstərəcək. Amma bütün hallarda görsənən budur ki, tərəflər münaqişəni ölü nöqtədən çıxarmaq istəyirlər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular