08:57 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Bakı Uşaq Teatrının direktor və bədii rəhbəri İntiqam Soltan
© Sputnik / Kemale Aliyeva

İntiqam Soltan: “Teatrlar səhnəni aktyorla doldurmaqla nəsə əldə etməyə çalışırlar”

RADİO
Qısa URL
53 0 0

Bakı Uşaq Teatrının direktor və bədii rəhbəri İntiqam Soltan deyir ki, zalda hansı sırada oturmasından asılı olmayaraq bütün tamaşaçılara eyni dərəcədə nüfuz etməyi bacarmalıyıq

“Çox adam düşünür ki, artıq teatr dövrü keçib. Amma bu doğru düşüncə deyil”.Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Bakı Uşaq Teatrının direktor və bədii rəhbəri İntiqam Soltan deyib.

“Teatrda yalnız peşəkarlar işləyə bilər və peşəkarlar işləyən sənət heç vaxt ölməz. Azərbaycanda və dünyada teatr ölə bilməz. Teatr canlı və sintetik sənətdir. Teatrda tamaşaçı ilə ünsiyyətdə olan aktyor səmimi olmağa məcburdur. Zalda hansı sırada oturmasından asılı olmayaraq bütün tamaşaçılara eyni dərəcədə nüfuz etməyi bacarmalıyıq. Bir çox hallarda teatrlar səhnəni aktyorla doldurmaqla nəsə əldə etməyə çalışırlar. Səhnədə qəhrəmanların çoxalmağı onların bənzərliyinə gətirib çıxarır. Uşaq teatrının işi təlim və tərbiyədə məktəbə və valideynə yardım etməkdir” - deyə o bildirib.

İntiqam Soltanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular