05:14 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Vüqar Rəhimzadə: "Dağlıq Qarabağ problemi tək Azərbaycana mənfi təsir göstərmir"

RADİO
Qısa URL
115 0 0

YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə deyir ki, Dağlıq Qarabağ məsələsi bu gün cəmiyyəti düşündürən, Azərbaycan vətəndaşlarını çox narahat edən və Azərbaycan vətəndaşlarının həmrəklik nümayiş etdirdiyi çox qlobal bir problemdir

Vüqar Rəhimzadə: "Qarabağ problemi Azərbaycana qarşı soyqırım və deportasiya prosesisinin kulminasiya nöqtəsidir"
"Dağlıq Qarabağ problemi Azərbaycanın qarşısında duran ən vacib məsələdir. Bu, təkcə Azərbaycana deyil, regionda gedən bütün müsbət işlərə, böyük layihələrə mənfi təsir edən və dünya üçün həlli vacib olan məsələlərdən biridir". Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağda sülhü necə yaxınlaşdırmalı?" mövzusunda keçirilən dəyirmi masada YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi tək bu günün problemi deyil, o, yüz ilin, əsrin problemidir: "Bu, ötən əslin əvvəllərindən Azərbaycana qarşı olan soyqırım və deportasiya prosesisinin kulminasiya nöqtəsidir. 1988-ci ildən Azərbaycanın başına gətirilən hadisələr təkcə Ermənistan hakimiyyətinin deyil, Sovetlər hakimiyyətində duran Qorbaçovun və digər ölkələrin məkirli niyyətlərinin bir tərkib hissəsidir".

YAP Siyasi Şura üzvünün geniş şərhini audiofaylda dinləyə bilərsiniz

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    223
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    460
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    1944