21:07 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev

Ekspert: "Qazaxıstan və Azərbaycan bölgənin iqtisadi inkişafına tövhə verməlidirlər"

RADİO
Qısa URL
15020

Professor Elşad Məmmədov deyir ki, ölkələrimiz arasındakı iqtisadi münasibətlər müsbət dinamika ilə inkişaf edir

"Dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan və Qazaxıstan arasındakı nəqliyyat sahəsindəki əməkdaşlığı daha da zəruri edir".  Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə iqtisadiyyat üzrə elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bölgənin iqtisadi cəhətdən aparıcı dövlətləri kimi Azərbaycan və Qazaxıstan nəqliyyat infrastrukturunu təkminləşdirməlidirlər: "Ölkələrimiz arasındakı iqtisadi münasibətlər, sözsüz ki, müsbət dinamika ilə inkişaf edir. Lakin əməkdaşlığın və mal dövriyyəsinin daha sürətli templərlə artırılmasına ehtiyac var".

"Ümumiyyətlə, Avrasiya bölgəsindəki makroiqtisadi siyasətin tənzimlənməsində sinxronlaşmaya ehtiyac var. Ona görə də, Qazaxıstan və Azərbaycan bölgədə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində öz tövhələrini verməlidirlər", — deyə Elşad Məmmədov bildirib.

Professorun geniş şərhini audio-faylda dinləyə bilərsiniz.

Əsas mövzular