QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Fikrət Sadıxov: “Ermənistanı sadəcə sülhə çağırmaqla kifayətlənmək olmaz”

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Политолог Фикрет Садыхов в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, münaqişənin yeganə həll yolu beynəlxalq hüquq normalarına uyğun addımların atılmasıdır

Fikrət Sadıxov: “Rusiya Ermənistana təzyiq etməlidir”
“Rusiyanın Qarabağ münaqişəsinin həllini tapacağına ümidi var”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiyanın Azərbaycan, Ermənistan və Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesini necə görməsi ilə bağlı suala cavabında bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Mariya Zaxarova bu açıqlama ilə öz ölkəsinin mövqeyini səsləndirir: 

“Problem ondadır ki, Rusiya Azərbaycanın strateji partnyorudur, digər tərəfdən Ermənistanın hərbi-siyasi müttəfiqi kimi münaqişənin həllinə çalışır. Rusiya başa düşməlidir ki, burada uzun illərdir danışıqlar gedir və biz bundan imtina etmirik. Bu məsələnin yeganə həll yolu beynəlxalq hüquq normalarına uyğun addımlar atılması, Rusiya tərəfindən Ermənistana müəyyən təzyiqlərin edilməsidir. Əgər Rusiya regionda sabitliyin qorunmasında maraqlıdırsa, Ermənistanı sadəcə sülhə çağırmaqla kifayətlənmək olmaz”.

Xəbər lenti
0