09:18 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230

İsmayılov: “İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib”

RADİO
Qısa URL
181 0 0

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyir ki, Azərbaycanda tarixi abidələrlə bağlı məlumatlar yetərincə deyil

Faiq İsmayılov: “Məlumat bazasındakı materiallardan istifadə etmək mümkün olacaq”
“Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron Məlumat Bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır” adlı layihəyə start verilib.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Sputnik Azərbaycan-a deyir ki, layihənin keçirilməsində məqsəd işğal olunmuş ərazilərdə tarixi, mədəni irsimizə aid olan abidələrin elektron məlumat bazasını yaratmaq idi: 

“Yaradılmış bu bazadakı materiallardan  hansısa kitab, film üçün lazım olduqda asanlıqla istifadə etmək mükün olacaq. Materialların toplanması çox çətin işdir. Layihə çərçivəsində 4500 abidə aşkar edilib.Onların 30 mindən çox görüntüsü əldə edilib”.

Əsas mövzular