11:00 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
Mətbuat mərkəzi
Qısa URL
456 0 0

Onlayn-sessiyanın iştirakçıları müasir jurnalistlərin işinin nüanslarını, təcili xəbərlərin necə hazırlandığını və nəşr olunan hər bir sözə görə KİV-in məsuliyyətinin nədən ibarət olduğunu müzakirə ediblər.

BAKI, 10 avqust — Sputnik. Dəqiqlik, eksklüzivlik, sürət - "Rossiya seqodnya" BİA-nın "mətbəxi"ndəki əsas "inqrediyentlər" bunlardır. Bu barədə SputnikPro maarifləndirmə layihəsi çərçivəsində ""Rossiya seqodnya" BİA-nın "Redaksiya mətbəxi". Peşəkar bacarığın sirləri" mövzusunda keçirilən növbəti onlayn vebinarda bildirilib.

Vebinarın spikeri "Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev olub. Onlayn sessiya zamanı o, müxtəlif ölkələrdən olan dinləyicilərə agentliyin jurnalistlərinin əsas iş prinsipləri barədə məlumat verib.

© Sputnik / Ramil Sitdikov
"Rossiya seqodnya" BİA-nın baş redaktorunun müavini Dmitri Qornostayev

"Maksimum dəqiq olmaq, yalnız sübut olunmuş məlumatları vermək, yalan cəhdlərinə qarşı durmaq, dairəni daim genişləndirmək, ən başlıcası isə başqalarının susduqlarından danışmaq lazımdır. Redaksiya siyasətinin məhz bu hissəsi bizə Sputnik-in təmsil olunduğu xarici ölkələrdə oxucuları tez bir zamanda əldə etməyə imkan verdi", - deyə Dmitri Qornostayev bildirib. O vurğulayıb ki, müxbirlər dərc olunan məlumatların düzgünlüyünə görə həmişə böyük məsuliyyət daşıyırlar.

"Bu, o cümlədən KİV haqqında qanuna görə də məsuliyyətdir. Buna görə də biz məlumatı həmişə yoxlayır və yenidən yoxlayırıq", - deyə o, bildirib.

Jurnalistin iş qrafiki ilə bağlı mövzuya toxunan mütəxəssis qeyd edib ki, onun belə bir qrafiki yoxdur.

"Əgər təcili xəbər, böyük hadisə - terror, fəlakət, inqilab, çevriliş və s. varsa, hətta məzuniyyətdə olduğumuzu belə yaddan çıxarırıq. Tutaq ki, jurnalist hansısa bir regiona görə məsuliyyət daşıyırsa və orada belə bir hadisə baş verərsə, onu məzuniyyətdən ayıra və baş verənləri işıqlandırmaq üçün hadisə yerinə göndərə bilərik", - deyə baş redaktorun müavini bildirib.

"Jurnalist subyektiv olmağı, şəxsi mövqeyini, münasibətini ifadə etməyi özünə rəva bilməməlidir. O, yalnız ötürə bilər. Biz deyə bilmərik ki, bu iş yaxşıdır, o isə pisdir. Biz yazırıq ki, filankəs belə deyib, vəssalam", - deyə o bildirib.

"Xəbər istehsalı zamanı əsas məsələ birinci və ən yaxşı olmaqdır", – Dmitri Qornostayev xatırladıb.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Əlaqədar

Viruslu videonu necə düzəltməli?
Kommersiya kontentini auditoriya üçün necə maraqlı etmək olar
Əlahəzrət reklam və ya brend kontenti necə yaratmalı
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Səhv etmək hüququ olmadan, canlı efirdə müsahibəni necə götürmək olar - Vebinar

Əsas mövzular