02:49 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
İsrail və Azərbaycan bayrağı

Knessetə seçkilər: Azərbaycan-İsrail əlaqələrinin gələcəyi necə olacaq

© Sputnik / Murad Orujov
Mətbuat mərkəzi
Qısa URL
72 0 0

Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi sağ partiya "Likud" aprelin 9-da İsraildə keçirilən parlament seçkilərinin qalibi olub

Aprelin 9-da keçirilən seçkilər növbədənkənar xarakter daşıyıb. Qanuna görə, seçkilər cari ilin sonunda keçirilməli idi. Lakin sağ hakimiyyət koalisiyasındakı mübahisələr səbəbindən 2018-ci ilin noyabrında "rusdilli" təbəqənin "Bizim evimiz İsrail" partiyasının lideri Aviqdor Liberman müdafiə naziri postundan istefa verib. Nəticədə parlamentdəki əksəriyyətin tərkibi minimuma enib. Nəticədə Binyamin Netanyahu təcili seçkilər keçirmək barədə qərar qəbul edib.

Məlumdur ki, bütün hökumətlərin, xüsusilə də Netanyahunun rəhbərlik etdiyi hökumətlərin dövründə Azərbaycanla İsrail arasında fəal münasibətlər mövcud olub və müxtəlif sahələrin nümayəndələri arasında dostluq xarakteri daşıyıb.

Aprelin 23-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" politoloqlar klubunun 60-cı iclası "Knessetə seçkilərin işığında: Azərbaycan-İsrail əlaqələri"nə həsr olunacaq.

Tədbirdə iştirak edəcəklər:

Yuri Boçarov - politoloq (İsrail),

Fikrət Sadıxov - politoloq, Qərbi Kaspi Universitetinin professoru,

Vahid Bayramov - "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəsi,

Sahil İsgəndər – politoloq, publisist,

Zaur Məmmədov - politoloq, Bakı politoloqlar klubunun rəhbəri,

Moderator, politoloq İlqar Vəlizadə.

Əlaqə üçün:

Telefonlar: (012) 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, Beynəlxalq Mətbuat Mərkəzinin binasın 4-cü mərtəbəsi.

 

Əsas mövzular