Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

MDB-də iqtisadi vəziyyət necədir

© Sputnik / Tabyldy KadyrbekovMDB ölkələrinin bayraqları, arxiv şəkli
MDB ölkələrinin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"MDB çərçivəsində iqtisadi əməkdaşlıq" mövzusu videokörpüdə müzakirə ediləcək

BAKI, 25 oktyabr — Sputnik. Noyabrın 2-də Astanada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək. Orada əsasən iqtisadi xarakterli məsələləri, habelə humanitar sahədə və MDB orqanlarının fəaliyyətinə maliyyə dəstəyi sahəsində bir sıra layihələri nəzərdən keçirmək planlaşdırılır.

Bu gün MDB ölkələrinin əməkdaşlığı necə inkişaf edir? İqtisadi sahədə hansı məsələlər prioritet sayılır? MDB çərçivəsində hansı yeni layihələr həyata keçirilə bilər?

Bu və digər məsələlər "MDB çərçivəsində iqtisadi əməkdaşlıq" mövzusunda keçiriləcək Moskva-Astana-Bakı-Yerevan-Bişkek-Kişinyov-Minsk videokörpüsündə müzakirə ediləcək. Videokörpü 30 oktyabr saat 14:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Videokörpüdə iştirak edəcəklər:

Moskvada:

— MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Andrey Kuşnirenko;

— MDB-nin İqtisadi İnkişafı İşgüzar Mərkəzinin baş direktoru Vladimir Savçenko.

Bakıda:

— Azərbaycan İqtisadiyyat Universitetinin (UNEC) Rusiya İqtisad Məktəbinin direktor müavini, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov.

Bişkekdə:

— Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatasının Sənaye Siyasəti, İxrac, İnfrastruktur və Dövlət-Özəl Tərəfdaşlıq Komitəsinin sədri Kubat Rəhimov.

Yerevanda:

— "İnteqrasiya və İnkişaf" tədqiqat və analitik ictimai təşkilatının sədri, Avrasiya Ekspertlər Klubunun koordinatoru Aram Safaryan.

Kişinyovda:

— Sosialistlər Partiyasının parlament fraksiyasının deputatı, iqtisad elmləri doktoru Vladimir Golovatyuk.

Astana və Minskdə ekspertlər və KİV təmsilçiləri.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0