15:48 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Старый автобус в Баку, фото из архива

Prezidentin çıxışından sonra ictimai nəqliyyatda nə dəyişəcək?!

© Sputnik / Anar Mustafayev
Mətbuat mərkəzi
Qısa URL
71 0 0

Nəqliyyatda həyata keçirilən ictimai nəzarət və yaxın zamanlarda gözlənilən dəyişikliklər barədə ekspertlər danışacaq

BAKI, 16 oktyabr — Sputnik. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda İlham Əliyev bəyan edib ki, ictimai nəqliyyatda vəziyyətlə bağlı müvafiq qurumlar tərəfindən təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları da onlara nəzarət etməlidir. Bu prosesdə ictimai nəzarət güclü olmalıdır ki, burada da əhəmiyyətli rol vətəndaşların üzərinə düşür.

Nəqliyyatda ictimai nəzarət necə həyata keçirilir və yaxın zamanlarda hansı dəyişikliklər gözlənilir? Bu barədə 19 oktyabr saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında ətraflı bəhs ediləcək.

Tədbirdə iştirak edəcəklər:

"Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov, "Sürücülərin təhsilinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədov və içtimai nəqliyyat sahəsinin eksperti Hüseyn Abdullayev.

Tədbir "Həyat" Humanitar Dəstək İctimai Birliyinin dəstəyi ilə keçirilir.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Əlaqədar

Bakıda növbəti avtobus qəzası: Ölən var
Bakıda avtobusun törətdiyi qəza nəticəsində yaralananların sayı artıb
Məlum marşrutla işləyən avtobus yenə fərqləndi - FOTO
Bakıda avtobus-qatar toqquşmasının yeni video-görüntüsü yayıldı

Əsas mövzular