Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Bizim gəncləri nə narahat edir?

© Sputnik / Fuad HasanovBakının Nizami küçəsi
Bakının Nizami küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu suala avqustun 9-da keçiriləcək "dəyirmi masa"da cavab axtarılacaq

BAKI, 8 avqust — Sputnik. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. 1999-cu ildə BMT Baş Assambleyası "A/RES 54/120" saylı qətnamə ilə bu tövsiyəni dəstəkləyib. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.

UNEC-in Zaqatala filialının müəllim-tələbə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib - Sputnik Azərbaycan
ELM
Gənclərimizin xarici ölkə sevdasının kökündə nələr varmış - Cazibə qüvvəsi

Azərbaycanda da gənclər siyasətinin fəal şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlət proqramları həyata keçirilir. Gənclər təşkilatları yaradılır və inkişaf etdirilir. Eyni zamanda, hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətində də gənclərin öz qayğı və problemləri var.

Avqustun 9-da saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək "dəyirmi masa"da azərbaycanlı gənclər rusiyalı həmkarları ilə yaşıdlarının problemlərinin necə həll olunduğu barədə fikir mübadiləsi aparacaqlar.

İştirak edəcək şəxslər:

— politoloq Zaur Məmmədov,

— Azərbaycanın gənc səfirləri klubunun idarə heyətinin üzvü Sabir Rüstəmov,

— İRƏLİ İctimai Birliyinin beynəlxalq məsələlər üzrə katibi Anar Qurbanov,

— Rusiya Gənclər İttifaqının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Aleksey Yejov,

— Voronej Dövlət Universitetinin Sosiologiya və politologiya kafedrasının dosenti Viktoriya Çernikova.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0