17:03 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Мультимедийный пресс-центр Sputnik Азербайджан

Azərbaycanlıların soyqırımının 100 illiyi faktlar və fotomateriallarda

© Sputnik / Murad Orujov
Mətbuat mərkəzi
Qısa URL
67 0 0

Yüz il əvvələ aid az məlum olan sənədlərin təqdimatı olacaq

31 mart 1918-ci ildə, köhnə təqvimlə 21 martda, Novruz bayramı günü Stepan Şaumyanın rəhbərlik etdiyi erməni birləşmələri qısa müddətdə 50 minədək müsəlman əhalini – azərbaycanlıları, ləzgiləri, yəhudiləri, eləcə də digər azsaylı xalqların nümayəndələrini məhv ediblər.

Uzun müddət bu faciəvi hadisələr kölgədə qalıb və onun üzərindən sükutla keçilib. Lakin 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında"fərman imzalayıb.

Cari ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyev azərbaycanlılara qarşı genosidin 100 illiyi münasibətilə tədbirlərin keçirilməsi barədə sərəncam imzalayıb.

Bu sərəncama görə, zəruri tədbirlərin hazırlanması Prezident Administrasiyasına həvalə edilib. Milli Məclisə isə xüsusi iclas keçirmək tövsiyə olunub.

29 mart saat 11.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində yüz il əvvələ aid az məlum olan sənədlərin təqdimatı olacaq. Təqdimatda tarixçilər Şaiq Əliyev, Zeynalabid Əmrəliyev və Azərbaycan Demokratik Respublikası dövrünün tədqiqatçısı, politoloq Elxan Şahinoğlu iştirak edəcək.

Əlaqə vasitələri:

Ünvan: "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru

Əsas mövzular