Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Qadınların sosial-psixoloji durumu ilə bağlı monitorinqin nəticələri açıqlanacaq

© Sputnik / Murad OrujovМультимедийный пресс-центр Sputnik Азербайджан
Мультимедийный пресс-центр Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək, qadınların sosial-psixoloji durumu ilə bağlı monitorinqin nəticələri açıqlanacaq, müsabiqənin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim olunacaq

BAKI, 3 noyabr — Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsini həyata keçirib.

Layihə çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif rayonlarında müvafiq qadın qrupları ilə görüşlər keçirilib, ölkə qadınlarının ümumi problemləri, sosial-psixoloji vəziyyəti araşdırılıb, qadınlarla öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər barədə söhbətlər aparılıb və onlara motivasiya nitqləri söylənilib. Eyni zamanda "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib.

7 noyabr saat 15:00-da layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək, qadınların sosial-psixoloji durumu ilə bağlı monitorinqin nəticələri açıqlanacaq, müsabiqənin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim olunacaq.

Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında, "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində (Beynəlxalq Mətbuat Mərkəzinin binası) keçiriləcək.

Xəbər lenti
0