https://sputnik.az/20210927/gurcustan-baki-ve-yerevan-arasinda-vasitecilik-etmek-ucun-yeni-platforma-yaratmaq-isteyir-428031566.html
Gürcüstan Bakı və Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir
Gürcüstan Bakı və Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir
Sputnik Azərbaycan
Qonşu ölkənin Baş naziri bəyan edib ki, rəsmi Tbilisi sözügedən təşəbbüsün qalıcı olmasının tərəfdarıdır. 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T16:26+0400
2021-09-27T16:26+0400
2021-10-16T12:01+0400
xəbərlər
qarabağ
siyasət
bakı
gürcüstan
dünya
yerevan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42118/69/421186913_38:0:1000:541_1920x0_80_0_0_580bdac3262291fe3f48dbf004df29b9.jpg
BAKI, 27 sentyabr — Sputnik. Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır. Sputnik Gürcüstan xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi günü keçirilən brifinqdə səsləndirib.O xatırladıb ki, Gürcüstan iyun ayında saxlanılan 15 erməni diversantın Ermənistana təhvil verilməsi, eləcə də Qarabağdakı mina sahələrinin xəritəsinin Azərbaycana ötürülməsinə kömək edib."Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün bizə qardaş olan iki dövlətə, azərbaycanlılar və ermənilərə Tbilisidə yaratmaq niyyətində olduğumuz bu platformanın köməyilə vasitəçilik təklif edir və istəyirik ki, həmin təşəbbüs qalıcı olsun", – deyə Baş nazir əlavə edib.Qeyd edək ki, bir qədər əvvəl Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Qara dəniz regionundan sülhün və sabitliyin təmin olunması üçün "dinc qonşuluq təşəbbüsü" yaratmağı təklif edib.
dünya
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42118/69/421186913_158:0:879:541_1920x0_80_0_0_ec6cecf23b5dca82fc5417332948cffc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, bakı, gürcüstan, dünya, yerevan, azərbaycan
xəbərlər, bakı, gürcüstan, dünya, yerevan, azərbaycan
Gürcüstan Bakı və Yerevan arasında vasitəçilik etmək üçün yeni platforma yaratmaq istəyir
16:26 27.09.2021 (Yenilənib: 12:01 16.10.2021) Qonşu ölkənin Baş naziri bəyan edib ki, rəsmi Tbilisi sözügedən təşəbbüsün qalıcı olmasının tərəfdarıdır.
BAKI, 27 sentyabr — Sputnik. Gürcüstan hakimiyyəti Bakı və Yerevan arasında yüksək səviyyəli danışıqların aparılması üçün platforma rolunu oynamağa hazırdır.
Sputnik Gürcüstan xəbər verir ki, bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bazar ertəsi günü keçirilən brifinqdə səsləndirib.
O xatırladıb ki, Gürcüstan iyun ayında saxlanılan 15 erməni diversantın Ermənistana təhvil verilməsi, eləcə də Qarabağdakı mina sahələrinin xəritəsinin Azərbaycana ötürülməsinə kömək edib.
"Bu prosesi daha yüksək səviyyədə davam etdirmək üçün bizə qardaş olan iki dövlətə, azərbaycanlılar və ermənilərə Tbilisidə yaratmaq niyyətində olduğumuz bu platformanın köməyilə vasitəçilik təklif edir və istəyirik ki, həmin təşəbbüs qalıcı olsun", – deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl Qaribaşvili Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən Qara dəniz regionundan sülhün və sabitliyin təmin olunması üçün "dinc qonşuluq təşəbbüsü" yaratmağı təklif edib.