23:24 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
SİYASƏT
Qısa URL
43 0 0

Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal

BAKI, 5 noyabr — Sputnik. Ermənistanın baş naziri Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməlidir. Əgər belə olmasa, hərb yolundan başqa variant qalmır.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bu fikri İspaniyanın EFE agentliyinə müsahibəsində səsləndirib.

"Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs, belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir", - deyə İlham Əliyev qeyd edib.

Əlaqədar

Prezident: "Ermənistanın baş naziri, Dağlıq Qarabağı tanı, cəsarətini göstər"
İlham Əliyev: "Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik"
İlham Əliyev Paşinyan barədə: "Onunla görüşməkdə bir məna görmürəm"
Prezident üç atəşkəs razılaşmasına əməl olunmamasının səbəbini açıqlayıb
Rəsmi Yerevan Əliyevlə Paşinyanın mümkün görüşü barədə
Teqlər:
Prezident İlham Əliyev, İspaniyanın EFE agentliyi, Kəlbəcər, Laçın, Ağdam, Nikol Paşinyan, müsahibə

Əsas mövzular