23:01 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
39540

"Biz böyük qayıdış astanasındayıq. Biz öz torpaqlarımızda vuruşuruq və bundan sonra da onları qovmağa davam edəcəyik"

BAKI, 20 oktyabr — Sputnik. "Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı bildirib.

İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaqlar. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin", - deyə Prezident qeyd edib.

İlham Əliyev qeyd edib ki, düşmən döyüş meydanında Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir: "30 il ərzində bizim torpağımızda oturub bizə meydan oxuyurdular. Oğurluq, vəhşilik bunların xislətidir. Bizim şəhərlərimizin, kəndlərimizin adını dəyişdiriblər, bizim torpağlarımızı erməniləşdiriblər, amma buna nail olmadılar. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu işğalla barışacaq".

Ölkə başçısı vurğulayıb ki, biz öz torpaqlarımızda vuruşuruq və bundan sonra da onları qovmağa davam edəcəyik: "Biz böyük qayıdış astanasındayıq. Biz öz torpaqlarımızda vuruşuruq və bundan sonra da onları qovmağa davam edəcəyik. Xalqım mənə inanırdı. Mən onlara deyirdim ki, biz işğal edilmiş torpaqlara qayıdacağıq. Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik".

Əlaqədar

İgidlərimizi tanıyın: onlar torpağımızı işğalçılardan təmizləyirlər - FOTO
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Mustafa Şentop: "Türkiyə həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır"
Dövlət başçısı: "Ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq"
Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"
Teqlər:
Prezident İlham Əliyev, işğaldan azad etmə, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular