QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

HHM bölmələrimiz Mingəçevirə tərəf uçan Ermənistan PUA-sını belə məhv etdi - VİDEO

© AR Ministry of DefenceErmənistana məxsus PUA
Ermənistana məxsus PUA - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən Mingəçevirə raketlər atıb.

BAKI, 11 oktyabr — Sputnik. Bu gün səhər saatlarında Mingəçevir istiqamətində Ermənistana məxsus PUA-nı HHM bölmələrimiz məhv edib.

Sputnik Azərbaycan bildirir ki, müvafiq videogörüntünü Azərbaycan Müdafiə Nazirliyi paylaşıb.

Xatırladaq ki, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.

Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti
0