04:02 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
27010

Rusiya XİN nümayəndəsi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinin narahatlıq doğurduğunu da qeyd edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Rəsmi Moskva Cənubi Qafqaz regionunda vəziyyəti ən diqqətli formada izləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.

"Əldə olunan məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış əməliyyat taktiki hərbi təlimləri keçirilir. Biz, xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, təbii ki ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri o cümlədən onların hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq", - deyə Zaytsev brifinqdə qeyd edib.

Aleksey Zaytsev Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinin narahatlıq doğurduğunu da qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinin vacibliyini vurğulayıb.

“Rusiya bizə dost ölkələr olan Ermənistan və Azərbaycan sərhədində bir müddət əvvəl baş verən gərginliyi böyük həyəcanla qarşılayıb. Əminik ki, çoxillik Dağlıq Qarabağ münaqişəsini də, beynəlxalq arenada olan digər fikir ayrılıqları kimi istisnasız olaraq dinc vasitələrlə, diplomatik danışıqlar yolu ilə həll etmək lazımdır. Bizim bu mövqeyimizi dəyişməz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ və Fransa, eləcə də BMT, MDB və digər beynəlxalq təşkilatlar bölüşür.

Rusiya rəhbərliyi münaqişənin bundan sonrakı eskalasiyasının qarşısını almaq üçün lazım olan bütün tədbirləri görüb.

Türkiyə tərəfi ilə iyulun 23-də XİN başçıları, 27-də dövlət başçıları səviyyəsində Cənubi Qafqazdakı, xüsusən Dağlıq Qarabağ nizamlanmasındakı mövcud vəziyyət əsaslı şəkildə müzakirə olunub”, - deyə o vurğulayıb.

"Bölgədəki hadisələrin təhlükəli inkişafı ilə əlaqədar ciddi narahatlıqlarını ifadə edən Rusiya və Türkiyə hesab edir ki, mövcud problemin beynəlxalq hüquq prinsipi əsasında, Azərbaycan və Ermənistan xalqlarının maraqları naminə siyasi-diplomatik həllinə alternativ yoxdur. Tərəfdaşlarla, o cümlədən Türkiyə ilə birlikdə gərginliyin yeni bir dövrünün dayandırılması, Cənubi Qafqazda ümumi vəziyyətin sabitləşməsi məqsədi ilə işlər görməyə davam etməyə, İrəvanla Bakı arasında siyasi dialoqun qurulmasına fəal kömək etməyə köklənmişik", - deyə Rusiya XİN nümayəndəsi "Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiya və Türkiyənin qarşılıqlı anlaşma və ya ortaq baxışı haqqında danışmaq olarmı" sualına cavabında bildirib.

Əsas mövzular