08:40 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
21 0 0

Hikmət Hacıyev: "Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir"

BAKI, 22 iyun — Sputnik. "Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir".

Sputnik xəbər verir ki, bu açıqlamanı, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın fikirlərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır: "Bu isə status kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir".

XİN sözçüsü bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir.

Əlaqədar

Əliyevdən Putinə: "Erməni qoşunları Qarabağdan çıxarılmalıdır"
Serj Sarkisyandan Qarabağ açıqlaması
Kazan prinsipləri masaya qayıdır
Ağ Ev: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinin tərəfdarıdır
Teqlər:
Azərbaycan Xarici İşlər Nazirliyi, Hikmət Hacıyev, status-kvo, münaqişə, Dağlıq Qarabağ, Azərbaycan, Ermənistan

Əsas mövzular