02:27 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Ankara S-400 komplekslərindən imtina etmək niyyətində deyil. Türkiyə Rusiya ilə S-400 komplekslərinin ikinci alayının alınması ilə bağlı danışıqlar aparır.

BAKI, 29 avgust — Sputnik. Ankara Rusiyadan S-400 komplekslərinin ikinci alayının alınmasının baş tutacağına şübhə etmir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

"S-400-lərin alınması ilə bağlı heç bir şübhəmiz yoxdur. Biz Rusiya ilə həm S-400, həm də müdafiə sənayesinə dair digər məsələlərlə bağlı çoxlu addımlar atırıq. Yanğınlar söndürülən zaman biz Rusiyanın təyyarələrindən istifadə etdik. Son telefon danışığı zamanı (Rusiya prezidenti Vladimir Putinlə - red. qeydi) biz bu məsələni müzakirə etdik. Mən Rusiyaya səfər edəndə biz bütün bu məsələləri bir daha müzakirə edəcəyik", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 raket komplekslərinin bir alay komplektinin alınması ilə bağlı müqavilə imzalanıb. Həmin hava hücumundan müdafiə sistemləri 2019-cu ilin yay-payız aylarında türkiyəyə çatdırılıb. Həmin müqavilə Türkiyə ilə ABş arasında münasibətlərdə böhrana səbəb olub. Vaşinqton bunun əvəzinə Türkiyədən Amerika istehsalı olan Patriot raket komplekslərini almağı tələb edərək, Ankaraya F-35 qırıcı təyyarələrinin satılmayacağı, habelə CAATSA-ya ("ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə qarşı fəaliyyət" haqqında qanun) uyğun olaraq sanksiyalar tətbiq olunacağı ilə təhdid edib.

Ankara isə öz növbəsində S-400 komplekslərindən imtina etmək niyyətində deyil. Bundan əlavə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə S-400 komplekslərinin ikinci alayının alınması ilə bağlı danışıqlar aparır.

Həmçinin oxuyun:

Ərdoğan: Azərbaycan Ermənistanla sülh sazişi üçün danışıqlara başlamağı təklif edir

Teqlər:
raket, S-400 raketləri

Əsas mövzular