19:05 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
1359

Rusiya prezidenti bildirib ki, silahlanma üzərində nəzarət mexanizminin deqradasiyası, terrorçu qruplaşmalarının fəaliyyəti, kibercinayətkarlığın fəallaşması və regional münaqişələrin eskalasiyası kimi təhdidlərə koronovirus epidemiyası da əlavə olunub.

BAKI, 8 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin "Primakov qiraəti" forumunun iştirakçılarını salamlayaraq, müzakirələrdə qlobal və regional gündəmin aktual problemlərinə xüsusi diqqət yetiriləcəyinə ümid etdiyini bildirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, müraciət Kremlin saytında yayımlanıb.

"Sizi növbəti, artıq sayca yeddinci "Primakov qiraəti" forumunun açılışında salamlayıram.... Hərçənd, hələlik koronavirus üzərində qələbədən danışmaq tezdir, amma bu bəladan hansı dərsləri çıxartmaq, gələcəkdə də belə hallar baş verərsə, necə hərəkət etmək barədə düşünmək lazımdır. Belə hesab edirəm ki, "Primakov qiraəti" iştirakçıları dünyanın və bölgənin bu və digər aktual problemlərinə xüsusi diqqət yetirəcəklər", – deyə saytda dövlət başçısının fikirlərinə yer verilib.

Putin qeyd edib ki, ekspertlərin forumu nüfuzlu beynəlxalq konfranslardan biridir, ən yaxşı intellektual axtarış və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi ənənələrini davam etdirir.

Prezident qeyd edib ki, adı Rusiyanın aparıcı analitik mərkəzlərindən biri olan Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər üzrə Milli Tədqiqat İnstitutuna verilmiş Yevgeni Primakov da məhz buna böyük əhəmiyyət verirdi.

Dövlət başçısının fikrincə, "Primakov qiraəti"-2021 forumunun mövzu seçimi ("Dünya düzəninə müasir təhdidlər") tamamilə məntiqə uyğundur. O qeyd edib ki, belə təhdidlərin sayı durmadan artır və onlardan bir çoxu beynəlxalq təhlükəsizliyə real təhdid yaradır.

"Silahlanma üzərində nəzarət mexanizminin deqradasiyası, terrorçu qruplaşmalarının fəaliyyəti, kibercinayətkarlığın fəallaşması və regional münaqişələrin eskalasiyası kimi təhdidlərə koronavirus epidemiyası da əlavə olunub. Artıq 3,5 milyon insan bu bəlanın qurbanı olub. Pandemiyanın ciddi sosial-iqtisadi nəticələri hər yerdə hiss olunacaq", – deyə Putin əlavə edib.

Putinin sözlərinə görə, belə təhlükəli virusla mübarizə bütün dünya birliyindən səylərin birləşdirilməsini və bərabərhüquqlu əməkdaşlıq tələb edir.

O, müraciətinin sonunda tədbirin iştirakçılarına "maraqlı və mənalı müzakirələr və xoş arzularını" çatdırıb.

Əsas mövzular