BAKI, 31 may — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyanla telefonla danışıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
"Mayın 31-i Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıb. Telefon danışığı zamanı regionda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan rayonlardakı vəziyyət müzakirə edilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan mayın 28-i Moskvada səfərdə olub və Şoyqu ilə danışıqlar aparıb.
***
Qeyd edək ki, mayın 25-i Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Bildirilir ki, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti, həmçinin qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər.
"Mayın 25-i axşam saatlarında Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıb. Telefon danışığı zamanı regionda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan rayonlardakı vəziyyət, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Ondan əvvəl isə Rusiya müdafiə naziri öz erməni həmkarı ilə mayın 20-də danışmışdı.