Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov "Zəngəzur dəhlizi" barədə: "Razılaşmaların alternativi yoxdur"

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKəlbəcər dəhlizi
Kəlbəcər dəhlizi - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Rusiya Xİn başçısı: Liderlərin üçtərəfli bəyanatı əsasında hazırlanan kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı səmərəli əsasda yalnız könüllü şəkildə həyata keçirilməni nəzərdə tutur.

BAKI, 6 may — Sputnik. Ermənistan paytaxtı Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizi barədə sualı cavablandırarkən qeyd edib ki, razılaşmanın alternativi yoxdur. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Rusiyalı nazir qeyd edib ki, Yerevan səfəri çərçivəsində erməni həmkarı ilə post-münaqişə dövründə bütün problemləri - iqtisadi, humanitar və digər məsələlər müzakirə edib. Liderlərin üçtərəfli bəyanatı əsasında hazırlanan kommunikasiyaların blokdan çıxarılması mexanizmi qarşılıqlı səmərəli əsasda yalnız könüllü şəkildə həyata keçirilməni nəzərdə tutur.

"Bu mexanizm heç bir halda iqtisadi əlaqələri tam şəkildə bərpa etməyə imkan verən diplomatik razılıq və qərardan başqa bir şeyi nəzərdə tutmur", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, üç liderin razılaşmasına zidd olan hər hansı bir məsələ, əlbəttə ki, razılaşdırılanlara alternativ olaraq qəbul edilə bilməz.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0