10:43 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
7 0 0

Pilotsuz avtomobil tibbi müəssisə daxilindəki binalar arasında pasiyentlərin analizlərini daşımaqla məşğul olacaq ki, bu da həkimlərə xəstələrlə daha çox vaxt keçirməyə kömək edəcək

BAKI, 15 aprel — Sputnik. Piroqov adına Moskva şəhər xəstəxanasında pilotsuz Lada Vesta avtomobilinin istismarı başlanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adı çəkilən səyyar avtomobil ölkədə tibbi personala xidmət göstərən ilk nəqliyyat vasitəsidir.

Pilotsuz Lada Vesta "MosTransProyekt" elmi-tədqiqat institutu və Moskva avtomobil yolu dövlət texniki universitetinin mütəxəssisləri tərəfindən birgə hazırlanıb.

Pilotsuz avtomobil bütün lazımi sertifikatları alıb və istismarına icazə verilib. Buna baxmayaraq, nəqliyyat vasitəsinin sükanı arxasında yenə də operator oturur və hərəkət zamanı təhlükəsizliyə nəzarət edir.

Məlumata görə, pilotsuz avtomobil tibbi müəssisə daxilindəki binalar arasında pasiyentlərin analizlərini daşımaqla məşğul olacaq ki, bu da həkimlərə xəstələrlə daha çox vaxt keçirməyə kömək edəcək.

Pilotsuz Lada Vesta Rusiyada tibbi personala kömək edərək sosial vəzifələr yerinə yetirən ilk nəqliyyat vasitəsidir.

Bir müddət əvvəl məlum olub ki, Dubay hakimləri "Cruise" şirkətinin istehsalı olan "Origin" şatllarını almağa hazırlaşır. Həmin pilotsuz avtomobillər artıq 2023-cü ildə BƏƏ ərazisi ilə hərəkət etməyə başlayacaq və 111 min ədədlik adi taksi avtomobillərinin tərkibinə qoşulacaq.

Əsas mövzular