13:39 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
XƏBƏRLƏR
Qısa URL
265 0 0

"Veteranskiye vesti" təşkilatı Rusiya İstintaq Komitəsinə müraciət edərək Manijanın səhnə hərəkətlərində rus qadının ləyaqətini alçaldan məqamlar olduğunu bildirib

BAKI, 6 aprel — Sputnik. Rusiya İstintaq Komitəsi "Eurovision-2021" müsabiqəsində səslənəcək mahnı ilə bağlı araşdırmaya başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, araşdırma "Veteranskiye vesti" qeyri-hökumət təşkilatının müraciəti əsasında aparılır.

Xatırladaq ki, bu il Rusiyanı "Eurovision" yarışmasında tacik əsilli müğənni Manija "Rus qadını" mahnısı ilə təmsil edəcək. Hüquq mühafizə orqanları mahnıda nifrət və düşmənçilik hissləri yaradan əlamətlərin olub-olmamasını yoxlayır.

"Veteranskiye vesti" təşkilatı Rusiya İstintaq Komitəsinə müraciət edərək Manijanın səhnə hərəkətlərində rus qadının ləyaqətini alçaldan məqamlar olduğunu bildirib.

Bundan əvvəl, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da Manijanın ifa etdiyi mahnının mətnini tənqid etmiş, həm müğənni, həm də mahnı seçimi ilə əlaqədar səsvermənin nəticələrinin yoxlanmasını təklif etmişdi.

Əsas mövzular