17:14 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)
31 0 0

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir

BAKI, 11 yanvar — Sputnik. "Rusiya Qarabağda Minsk qrupunun prinsiplərinə riayət edib" – Putin

Rusiya Qarabağ üzrə bütün addımlarında ATƏT-in Minsk qrupunun prinsiplərinə riayət edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü bildirib.

"Xüsusi ilə qeyd etmək istəyirəm ki, öz bütün addımlarında Rusiya ATƏT-in Minsk qrupu tərəfindən əldə olunan əsas prinsiplərə əməl etməyə çalışıb. Biz müntəzəm olaraq öz tərəfdaşlarımız, Minsk qrupunun həmsədrləri ilə öz addımlarımızı uyğunlaşdırmağa davam edirik", - deyə Putin qeyd edib.

Xatırladaq ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir

Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.

Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)

Əsas mövzular