17:05 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Krasnoyarsk diyarının Norilsk şəhərində "Qora otdelnaya" dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından həlak olmuş yaş yarımlıq körpənin və 45 yaşlı kişinin meyitini tapıblar.

BAKI, 9 yanvar - Sputnik. Rusiyada xilasedicilər Krasnoyarsk diyarının Norilsk şəhərində "Qora otdelnaya" dağ xizək kompleksi ərazisində baş vermiş qar uçqununun altından həlak olmuş yaş yarımlıq körpənin və 45 yaşlı kişinin meyitini tapıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə axtarışlarda iştirak edən Maksim İnixov bildirib.

Xilasedicilər daha əvvəl qar uçqununun altından körpənin anasının meyitini aşkarlayıblar. 

Ötən gün axşam saatlarında Rusiyanın Fövqəladə Hallar Nazirliyi "Qora otdelnaya" dağ xizək kompleksi ərazisində qar kütləsinin axını barədə xəbər verib. Qeyd edilib ki, beş ev uçqunun altında qalıb, həmin vaxt evlərdə bir neçə nəfər olub, onların sayı dəqiqləşdirilir.

Hadisə yerinə nazirliyin Sibir regional axtarış-xilasetmə briqadasının 50 canlı qüvvəsinin və 3 texnikasının cəlb edildiyi bildirilib. 4 nəfərin qar uçqununun altında sağ tapıldığı qeyd olunub. 

Əsas mövzular