12:21 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1 971 013 -ə çatıb. Rusiyada pandemiya yayılandan 33 931 nəfər COVID-19-dan vəfat edib.

 

BAKI, 17 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 22 410 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 442 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1 971 013 -ə çatıb. Rusiyada pandemiya yayılandan 33 931 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1 475 904 -a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 55 milyonu keçib, 1,32 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
yoluxma, Koronavirus, Rusiya

Əsas mövzular